Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mağazanın qarşısında piyadanı vuraraq öldürən sürücü məhkəmə zalında həbs edildi
Bakıda yol qəzası təqsirləndirilən Ceyhun Nemətlinin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid Əyyubovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilib, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib, təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 3 aya qaldırılıb. Ceyhun Nemətli məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, 28 iyul 2023-cü il tarixdə, saat 01:37 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki "Baku Elektrik" adlı elektrik malları satılan mağazanın qarşısında qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Ceyhun Nemətli idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən B.Həsənovu vurub. Piyada hadisə yerində ölüb.
Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib.
"Bakı Apellyasiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Apellyasiya şikayəti verdi, cəzası artırıldı - Tanışını qətlə yetirən şəxsin məhkəməsi
- Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Hərbi xidmətdən yayınan gənc həbs edildi
Rəylər