Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kişi arvadını "TikTok"da tanış olduğu şəxsə görə xüsusi amansızlıqla öldürübmüş - AĞIR CƏZA
Sumqayıt Apellyasiya Məhkəməsində Qubada həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elşad Güliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, 2023-cü il iyulun 25-də Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham aktına əsasən, Elşad Güliyev rəsmi nikahda olmaqla faktiki ayrı yaşadığı arvadının ona bacanağı, həmçinin "TikTok" sosial şəbəkəsində tanış olduğu Türkiyədə yaşayan şəxslə xəyanət etməsindən qısqanclıq keçirib, o cümlədən 2020-ci il təvəllüdlü oğlunun ona göstərməməsi səbəbindən qəzəblənərək qadını öldürmək qərarına gəlib. Sonra o, Rəvanə Güliyevaya ümumilikdə 8 bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Güliyev 16 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəylər