Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
11-ci sinif şagirdi ilk dərs günü qan tökdü - TƏFƏRRÜAT
"Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Goranboyda ilk dərs günü baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi məktəbi bitirən gəncə bıçaqla xəsarət yetirib.
Sözügedən hadisəyə səbəb bıçaqlanan şəxsin 11-ci sinif şagirdini söyməsi olub.
2007-ci il təvəllüdlü Ramal Musayev bıçaqla Arif Həsənəliyevin ayaq nahiyəsinə kəsik xəsarətləri yetirib.
Məhərrəm Əliyev
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər