Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cəzası bitməmiş yenidən məhkum oldu
12 saylı cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Azər Şalıyevə hökm oxunub. O, 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib.
Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.
"Qəsdən adam öldürməyə cəhd" teqi üzrə xəbərlər
- Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
- Keçmiş arvadını öldürmək istəyən şəxsin cəzası azaldıldı
- Bakıda qızını öldürməyə cəhd edən ataya HÖKM OXUNDU
- Bakıda qadını döyən, digər iki nəfərə xəsarət yetirənlər saxlanıldılar
- 23 yaşlı kişi xəstəxanalıq oldu - Həmyaşıdı saxlanıldı
Rəylər