Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi təxirə salındı
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb.
Xatırladaq ki, 1999-cu il təvəllüdlü Ə.Əhmədov bu ilin fevral ayının 13-də aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə təqsirli bilinir.
Hadisədən bir gün sonra Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ə.Əhmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.
Elgün Həsənli
Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Oxu.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Əhməd Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan ediləcək.
İki aylıq fasilədən sonra proses bu gün saat 17:00-da başlanacağı gözlənilir.
Qeyd edək ki, Əhməd Əhmədovun işinə baxan hakimlər heyəti məzuniyyətdə olduğu üçün məhkəmə iclası uzun müddət təxirə salınmışdı.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
"Əhməd Əhmədov" teqi üzrə xəbərlər
- Türkiyədə "Əhməd hadisəsi": Gənc qız məktəb direktoru olan anasını öldürdü, ailə üzvlərini yaraladı
- Əhməd Əhmədovun müzakirələrə səbəb olan məhkəmə qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 10.10.2024-ün ən mühüm hadisələri
- Əhməd Əhmədovla bağlı qərarın doğurduğu suallar: Sağalsa, həbs olunacaq?
- Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədova HÖKM OXUNDU
Rəylər