Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məktəblilər arasındakı mübahisə qanla bitdi: 11-ci sinif şagirdi bıçaqlandı
Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Oxu.Az-a Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə şagirdlər aralarında yaranmış mübahisə zamanı baş verib.
"14 oktyabr 2024-cü il tarixində saat 14:00 - 15:00 radələrində məktəbdənkənar ərazidə baş verib. Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zəminində xəsarət yetirib. Xəsarət alan məktəbli tibb müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb.
Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir.
Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək".
Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
APA-nın xəbərinə görə, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb.
Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.
Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Rəylər