Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəbələ Rayon İcra Hakimiyyətində qəbulda oldu, 50 manat cərimələndi
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1959-cu il təvəllüdlü fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.
Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib.
Arif Allahverdiyev fermerin istəyinə "yox" cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.
Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.