Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs ələ keçdi
Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Ə.Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
"Qaradağ rayonu" teqi üzrə xəbərlər
- Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi
- Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ İŞİ
- Anasını öldürməkdə günahlandırılan oğul hakim qarşısında
- Sürücünün boğazına bıçaq dirəyib soydular
- Qaradağda DƏHŞƏTLİ QƏTL: "Hadisə namus-qeyrət məsələsinə görə baş verib"
Rəylər