Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda tanınmış həkimi güllələyərək qətlə yetirdilər: Hadisə yerindən GÖRÜNTÜLƏR
Zaqataladakı cinayətin yeni təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə qətl iki min manata görə törədilib.
Belə ki, Tariyel Əhmədov Həsən Davudovdan sələmə götürdüyü pulun bir hissəsini qaytarsa da, sonda qalan iki min manatı verməyib və məsələ məhkəməyə qədər uzanıb.
Məhkəmə isə Tariyel Həsənovu haqlı bilib və qərarı onun xeyrinə çıxarıb.
Yenidən pulu tələb edən H.Davudova T.Əhmədovun cavabı məhkəmənin qərarını yenidən xatırlatmaq olub. Bundan hiddətlənən şəxs ov tüfəngini götürərək həkimi güllələyərək öldürüb və daha sonra intihar edib.
Digər bir məlumata əsasən mübahisə mövzusuna çevrilən pulun üçüncü şəxsə aid olması, lakin həmin pulun H.Davudov tərəfindən sələmə verilməsidir.
Zaqataladakı dəhşətli cinayətin detalları məlum olub.
Mərhumun qohumunun sözlərinə görə, Həsən Davudov evdə Tariyel Əhmədovu öldürdükdən sonra həyətdəki yan evə keçərək onun qızı və nəvələrinə də atəş açmaq istəyib:
"Xoşbəxtlikdən qapı bağlı idi, iki güllə izi qapıda qalıb. Həmçinin həkim yaxın zamanda göz əməliyyatı olmağa hazırlaşırdı".
Daha ətraflı Baku TV-nin süjetində:
Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatı məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Tariyel doktorun qızının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb.
Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb.
Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb.
Atəş səsinə polis əməkdaşları gəliblər. Polis əməkdaşları Həsən Davudovdan silahı yerə qoyaraq təslim olmasını tələb ediblər. Təslim olmaq istəməyən Həsən Davudov özünü güllələyərək intihar edib.
Məlumata görə, Tariyel Əhmədovla Həsən Davudov arasında keçmişdən ədavət olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.
Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb.
Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də qudasının rayonun Aşağı Tala kəndindəki evində baş verib.
Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.
Samir İsayev
Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat yayıb.
Bildirilib ki, avqustun 27-də saat 9 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.
Faktla bağlı araşdırma aparılır.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Rusiyada erməniəsilli qatil saxlanılıb
- Aparıcı Zaur Baxşəliyevin verilişi məhkəmədə müzakirə edildi
- Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi - MƏHKƏMƏ İŞİ
- Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib
- Bakıda oğlan anasının boynunu sındırıb öldürdü: Dəhşətli QƏTLİN DETALLARI
Rəylər