Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sistem inteqrasiyası ilə məşğul olan şəxslərdən ödəmə mənbəyindən vergi tutulmaya bilər
Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən ödəmə mənbəyindən vergi tutulmaya bilər.
"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.
Hazırda Azərbaycanda texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividentdən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyindən vergi tutulmur.