Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Orxan Məmmədov: "Əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır"
"Əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Qətər bütün dünya üçün" adlı tədbir çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, KOBİA Yaxın Şərqdə Azərbaycan ticarət evlərinin açılmasını təşviq edir:
"Bu gün Qətərin törəmə şirkəti olan "Al Baladı Holdings" və BƏƏ-nin "Green Capital Management" şirkəti arasında müqavilənin imzalaması mərasimi baş tutub.
Həmin müqavilədə Azərbaycanda "Go Crispy" və "Tea Time" şirkətləri tərəfindən iki il ərzində təxminən 30 restoranın açılmasını nəzərdə tutur. Burada əsas məqsəd Azərbaycana xarici investisiyaların cəlb olunmasıdır".
"Burada bütün əməliyyatlar və danışıqlar Azərbaycanın Dohadakı Ticarət Evinin dəstəyi ilə baş tutub. Azərbaycan Ticarət Evi Qətərdə son dövrlərdə fəaliyyət göstərir.
Bildiyimiz kimi, KOBİA Yaxın Şərqdə Azərbaycan Ticarət evlərinin açılmasını təşviq edir. Əminik ki, bundan sonra belə müqavilələr çoxalacaq", - deyə O.Məmmədov fikrini tamamlayıb.
Nəzrin Vahid
"Orxan Məmmədov" teqi üzrə xəbərlər
- Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"
- Orxan Məmmədov: "Azərbaycanda mikrokreditlərin faizləri yüksəkdir"
- KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs - "Bakı KOB evi"ndə gömrük fəaliyyəti
- Bakıda yeni iş yerləri yaradılacaq - Saziş imzalandı
- KOBİA sədri: "İmzalanan müqavilə iqtisadi və biznes əlaqələrimizin inkişafında mühüm addımdır"