Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Orta Dəhliz boyunca rəqəmsal platforma nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca rəqəmsal platforma (kəsintisiz rəqəmsal dəhliz) yaradılır və o bu ilin sonu və ya gələn ilin əvvəlində istifadəyə veriləcək.
“Report” xəbər verir ki, bunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.
Onun sözlərinə görə, platforma Sinqapurun “PSA International” şirkətinin törəməsi olan “Global DTC” (Digital Transport Corridor) tərəfindən hazırlanır və o bütün dəhliz boyu əməliyyatları sürətləndirmək üçün nəzərdə tutulub.
Q.Abdikerimov həmçinin fevral ayında “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli dəmir yolu şirkəti ilə Çinin “Huawei” şirkəti tərəfindən yaradılmış İnnovasiya Mərkəzinin açılışını da xatırladıb. Bu layihənin TITR-in inkişafına yeni təkan verəcəyi və Avrasiyada ticari-iqtisadi əməkdaşlığı gücləndirəcəyi gözlənilir.
İnnovasiya Mərkəzi dəmir yolu nəqliyyatının səmərəliliyini artırmaq üçün rəqəmsal həllər təqdim edən “Smart Railway” layihəsini həyata keçirmək üçün yaradılıb.
Q.Abdikərimov eyni zamanda yaxın gələcək üçün dəmir yollarının və limanların inkişafı ilə bağlı planları da açıqlayıb: “Hazırda ümumi dəyəri 6,5 milyard ABŞ dolları olan infrastruktur layihələri, o cümlədən Dostıq-Aktoqay-Moyıntı və Şalkar-Beyneu-Mangistau dəmir yolu qovşaqlarının ikinci xəttinin, həmçinin Almatı dolama dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihələr tıxac problemlərini həll etməklə gələcək nəqliyyat dəhlizlərində əhəmiyyətli irəliləyişlər vəd edir. Bu kimi infrastruktur layihələri nəqliyyat sıxlığının azaldılması və aradan qaldırılması üçün vacibdir”.
Onun sözlərinə görə, bundan əlavə, buğda terminallarının tikintisi davam etdirilir.
“Orta Dəhliz üzrə yük axınının 80 %-i Qazaxıstandan gəlir. Qazaxıstanın ixracına neft və neft məhsulları, əlvan metallar, taxıl məhsulları, buğda, kükürd daxildir - bütün bunlar Orta Dəhliz vasitəsilə reallaşdırılır”, - Q.Abdikerimov bildirib.
Qeyd edək ki, Azərbaycan Qazaxıstan nefti və uranının aşınma məntəqəsi olmaqla yanaşı, Qazaxıstan mallarının, o cümlədən buğdanın istehlakçısı kimi çıxış edir.
TITR Beynəlxalq Assosiasiyası 2017-ci ildə yaradılıb. Əvvəlcə 3 ölkədə - Qazaxıstan, Azərbaycan və Gürcüstanda 7 şirkətlə qurulan bu qurum hazırda 25 infrastruktur və logistika şirkəti ilə 11 ölkəni əhatə edir.
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"