Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mərkəzi Bank BOKT-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan" bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində "SF Azerbaijan"nın "Bank olmayan kredit təşkilatları haqqında" Qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərini pozduğu məlum olub.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq "SF Azerbaijan"ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- DİQQƏT: AMB-nin rəhbər şəxslərinin adından saxta sənədlər yayılır
- Azərbaycanın 2025-ci il üçün inflyasiya proqnozu AÇIQLANDI
- Bu xəbərləri qaçırmayın: 16.11.2024-ün ən mühüm hadisələri
- Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib
- Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı iki milyard manatlıq öhdəlik götürür