Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"KOB FEST" sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyənlərin nəzərinə!
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 18-20 iyul tarixlərində Şəki şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Qeyd olunur ki, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB FEST - Şəki" qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.
"KOB FEST" sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka, həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyekti olan "Kaşalata" kafeni ziyarət edib
- COP29 çərçivəsində "KOB-ların yaşıl iqtisadiyyatda rolu" mövzusunda panel müzakirə təşkil olunub
- Orxan Məmmədov: "Biz qlobal KOB ekosistemini konsolidasiya etməyi hədəfləyirik"
- Orxan Məmmədov: "Biz kiçik şirkətlərin yaşıl keçidə transformasiyasına nail olacağıq"
- KOBİA sədri: "İmzalanan sənədlər KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq"