Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COP29 çərçivəsində Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə müzakirə keçirilib
"COP29 çərçivəsində Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi təsirləri ilə bağlı müxtəlif yan tədbirlər və müzakirələr həyata keçirilir. Bu məsələnin Qazaxıstan, Meksika və İsveç ekofəalları ilə müzakirə edilməsi ilə həll yolları tapılmağa çalışılır".
"Report" xəbər verir ki, bu barədə "Environmental Protection First" koalisiyasının həmtəsisçisi Amin Məmmədov COP29-da keçirilən Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə müzakirədən sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı əsasən beynəlxalq əməkdaşlığın gücləndirilməsi ön plana çəkilir:
"Eyni zamanda beynəlxalq konvensiyaların katibliklərinin dağ-mədən sənayesinin təsirlərindən əziyyət çəkən ölkələrlə sıx əməkdaşlığının təmin edilməsi əsas məqsədlərdən biridir. Beləliklə, dağ-mədən sənayesinin təsirləri ilə bağlı hesabatların ölkələrdən tələb edilməsi kimi məsələlərin vacibliyi sessiyalarda mütləq vurğulanır. Gələcək üçün beynəlxalq QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi, bu müstəvidə birgə fəaliyyətin inkişaf etdirilməsi üçün görülə biləcək işləri araşdırırıq. Ona görə də COP29 çərçivəsində keçirilən sessiyalarda bu məqamlara xüsusi diqqət yetirilir".
Həmçinin, isveçli ekofəal Helen Lindmark bildirib ki, bir ölkə sərhədinə yaxın ərazidə mədən sənayesi fəaliyyəti aparırsa, bu zaman xaric edilən zərərli maddələr yeraltı sular vasitəsilə qonşu ölkələrin də ekologiyasına mənfi təsir göstərir.
O qeyd edib ki, yerli sakinlər bu cür məsələlərdə səsini yüksəltməli, heç vaxt çəkinməməlidir:
"Bunu etmək üçünsə birləşmək vacibdir. Birlik nümayiş etdirilərsə, böyük şirkətlər hesabat verməyə məcbur olacaqlar. Lazım olarsa, qlobal müstəvidə birləşmə həyata keçirilməli və ətraf mühitin bu cür çirklənməsinə qarşı mübarizə aparmalıdırlar".
O əlavə edib ki, COP müzakirələrinin də əsas məqsədi gənc nəsillərin sağlam gələcəyini, təmiz ətraf mühitə sahib olmasını təmin etməkdir:
"Biz bu istiqamətdə işi əlaqəli, davamlı şəkildə etməyin yollarını tapmalıyıq ki, sağlam gələcəyi birlikdə quraq.
Mədən sənayesinin mənfi təsirləri dünyanın bir çox ərazilərində baş verir. Ona görə də qlobal miqyaslı həll yollarına ehtiyac olduğunu düşünürəm".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə müzakirə keçirilir.
"Report" xəbər verir ki, "Environmental Protection First" Koalisiyası tərəfindən təşkil edilən müzakirə Ermənistan tərəfindən beynəlxalq ekoloji norma və standartların kobud şəkildə pozulması ilə əlaqədardır.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ölkəmizin adını bütün dünyaya duyurdu - "Kaspi"nin TƏHLİLİ
- Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?