Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" qlobal sammiti fəaliyyətə başlayıb
Bakıda COP29-dan qabaq hər il keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammiti işinə başlayıb.
"Report" xəbər verir ki, sammitin məqsədi səhiyyə sahəsində nailiyyətləri, iqlim dəyişikliyi kontekstində dünyada ən həssas icmalara diqqət yetirməklə onu qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.
Qeyd edək ki, "Sağlamlıq Günü"nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.
Tədbirin açılışında COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus tədbirin açılışında videomüraciətlə çıxış edib.
"COP29" teqi üzrə xəbərlər
- Tomas Hogenaar: "Dünya liderləri iqlim problemləri əvəzinə, növbəti ilin seçkilərini düşünürlər"
- Cina Valderrama: "Qlobal Şimalın ayıracağı milyardlar, sadəcə, qırıntılardır"
- İqlim fəalları COP29-da aksiya keçiriblər
- COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
- COP29 ölkəmizin adını bütün dünyaya duyurdu - "Kaspi"nin TƏHLİLİ