Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda xarici investisiyalı kommersiya qurumları ilə bağlı YENİLİK
"Azərbaycanda xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı ilə bağlı bir sıra yeniliklər tətbiq olunacaq".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesə daxilolma" və "Vergitutma" indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritələrinin təqdimat mərasimində deyib.
O, "Biznesə daxilolma" indikatoru üzrə 2024-cü il üzrə Yol Xəritəsinin 2 altindikator üzrə 4 komponent çərçivəsində 16 müxtəlif tədbirin icrasını nəzərdə tutulduğunu qeyd edib:
"Görüləcək işlər çərçivəsində qeydiyyat prosesində iştirak edən dövlət orqanlarının məlumat bazalarının əlaqələndirilməsinin əhatə dairəsinin genişləndirilməsi, benefisiar mülkiyyətçinin reyestrinin aparılması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur. Həmçinin kommersiya hüquqi şəxslərə dair qeydə alınmış məlumatlardakı sonrakı dəyişikliyin (təsisçi və rəhbər dəyişikliyi) proaktiv olaraq qeydiyyat orqanı tərəfindən qeydiyyata alınması imkanının yaradılması da görüləcək işlərin sırasındadır".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
- "Kartdan-karta" üsulu ilə işləyən daha 300-dən çox sahibkar cəzalandırıldı
- Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verildi
- COP29 çərçivəsində mühüm razılaşmalar imzalanıb
- Qlobal "Yaşıl artım portalı" istifadəyə verilib