Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda ilk dəfə olaraq pambıqçılıq sahəsində klasterləşmə formalaşdırılacaq
İyulun 12-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Özbəkistanın "TST Textile Group" MMC-nin təsisçiləri ilə görüş keçirilib.
Görüşdə iyulun 5-də İZİA-nın idarəçiliyində olan İmişli rayonunda yerləşən aqroparkın 5 826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair imzalanmış müqavilənin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
"TST Textile Group" MMC tərəfindən 5 826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq ki, bu da ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28.7 milyon manat investisiya yatırılacaq.
Bundan başqa 2025-2029-ci illər ərzində şirkət tərəfindən pambıq emalı, iplik, toxuculuq və tikiş fabriklərinin, həmçinin pambıq yağı zavodunun qurulması nəzərdə tutulur.
Pambıq emalı və yağ zavodları İmişli rayonu ərazisində yerləşən 5 826 ha torpaq sahəsində, iplik, toxuculuq və tikiş fabrikləri isə Mingəçevir Sənaye Parkının ərazisində yaradılacaq. Layihə çərçivəsində xammaldan son məhsul istehsalına kimi proseslər həyata keçiriləcək, bu da klasterləşmənin qurulmasına təkan verəcək.
Ümumi investisiya həcmi 92.5 milyon manat təşkil edən layihə çərçivəsində 1 130 nəfərlik iş yerinin yaradılması planlaşdırılır. Layihənin həyata keçirilməsinə şəxsi vəsaitlə yanaşı, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu tərəfindən də vəsait ayrılması nəzərdə tutulur.
Beləliklə layihənin həyata keçirilməsi ölkədə pambıqçılıq sahəsində ilk dəfə olaraq Özbəkistan təcrübəsi əsasında klasterləşmənin formalaşmasına gətirib çıxaracaq.
"İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)" teqi üzrə xəbərlər
- Elçin Kazımov: "Ağdam Sənaye Parkında iki mindən çox iş yerinin yaradılması nəzərdə tutulur"
- Azərbaycanda il ərzində 100 ədəd yük avtomobili istehsal ediləcək
- Kamran Rəhimli: "Açılışı olacaq iki müəssisə iki milyon manata yaxın vəsaitə qənaət edib"
- Sumqayıt Kimya Sənaye Parkında yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq
- Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur