Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - RƏSMİ
"Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır".
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:
"Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir".
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- COP29-la bağlı təxribat planları: Fransa Bakıdakı tədbirə niyə qarşı çıxır?
- Azərbaycanda boşananlara BƏD XƏBƏR: Aliment ARTIRILIR