Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Real Madrid" "Atalanta"ya şans vermədi, UEFA Superkubokunun qalibi oldu
UEFA Superkuboku uğrunda matç başa çatıb.
Oxu.Az xəbər verir ki, İspaniyanın "Real Madrid" və İtaliyanın "Atalanta" komandalarının qarşılaşdığı oyun Varşavanın (Polşa) "Narodovı" stadionunda keçirilib.
Komandalar ilk hissədə qol vura bilməyiblər. Yalnız 59-cu dəqiqədə kral klubu Valverdenin dəqiq zərbəsilə önə keçib. 68-ci dəqiqədə isə "Real"la ilk rəsmi matçına çıxan Mbappe debut qolu ilə komandasına mükafatı qazandırıb - 2:0.
Beləliklə, ispan klubu tarixində altıncı dəfə Superkuboka yiyələnməklə rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" kollektivləri isə hərəyə beş dəfə bu uğura imza atıblar.
Bu qələbə Madrid komandasının baş məşqçisi Karlo Ançelottinin də rekorda imza atmasına imkan verib. İndiyədək heç bir mütəxəssis bu kuboku beş dəfə qazana bilməyib.
"Real"ın iki futbolçusu - kapitan Dani Karvaxal və yarımmüdafiəçi Luka Modriç də UEFA Superkubokunda eyni sayda rekord qələbəyə nail olub.
"Real Madrid" teqi üzrə xəbərlər
- La Liqa: "Real Madrid" səfərdə "Leqanes"i darmadağın etdi
- "Real Madrid"in ukraynalı qolkiperi "İnter"in şərəfini qoruya bilər
- İspaniya klublarının heyətində ən çox oyun keçirən futbolçuların siyahısı bəlli olub
- Cud Bellinqem İspaniya La Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib
- Eder Militao mövsümü erkən başa vurdu
Rəylər