Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Peşəkar Çövkən Liqasının açılış mərasimi olub
Binə Atçılıq Mərkəzində Azərbaycanda ilk dəfə təşkil olunan Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, vitse-prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Çövkən Liqasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev azarkeşləri salamlayıb və iştirakçı komandalara uğurlar arzulayıb.
Daha sonra isə Peşəkar Çövkən Liqasını rəsmi olaraq açıq elan edib.
Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rəsmi çıxışlardan sonra Peşəkar Çövkən Liqasının paradı keçirilib.
Anar Həsənov
Rəylər