Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Niderland Qran-prisinin üçüncü məşq sessiyasında Sarcentin maşını alovlanıb
"Uilyams" komandasının sürücüsü Loqan Sarcentin avtomobili Zandfortda keçirilən Niderland Qran-prisinin üçüncü məşq sessiyası zamanı qəza nəticəsində yanıb.
Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir.
Döngənin çıxışında asfaltdan kənara düşən Sarcentin maşını yaş qazonun ot örtüyündə sürüşüb və bundan sonra bolid dərhal qarşı tərəfə keçərək baryerlərə çırpılıb. Bundan sonra maşın alovlanıb. Pilot özü boliddən sərbəst düşə bilib.
Qeyd edək ki, "Uilyams"ın hazırda Mühəndislər Kubokunda Aleks Elbonun sayəsində cəmi dörd xalı var, Loqan Sarcent isə arxada qalan 14 yarışda xal toplaya bilməyib.
Rəylər