Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvanda daha dörd idman federasiyası LƏĞV EDİLDİ
Naxçıvanda daha 4 idman federasiyası fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası, Atıcılıq Federasiyası, Paralimpiya Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası fəaliyyətini dayandırıb.
Federasiyalarının bölmələrinin muxtar respublikada fəaliyyətinə isə növbəti ilin ilk ayında aydınlıq gələcək.
Qeyd edək ki, bu federasiyalar Naxçıvan 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasında Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sədrlik etdiyi Şahmat Federasiyası və qardaşı Məhərrəm Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Rəylər