Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Millimizin üzvünə viza verilmədi - İsveçlə oyunu buraxmalı olacaq
Azərbaycan yığmasının üzvü Mustafa Əhmədzadə UEFA Millətlər Liqasının VI turunda seçmə komandamızın İsveçlə səfər matçına gedə bilməyib.
Oxu.Az xəbər verir ki, buna səbəb Mustafa Əhmədzadəyə viza verilməməsi olub.
Buna görə də gənc yarımmüdafiəçi İsveçlə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Mustafa Əhmədzadə bu mövsüm "Araz-Naxçıvan" forması ilə cəmi yeddi oyunda meydana çıxıb.
Xatırladaq ki, İsveç - Azərbaycan oyunu noyabrın 19-u Bakı vaxtı ilə 23:45-də start götürəcək.
"UEFA Millətlər Liqası" teqi üzrə xəbərlər
- Finlandiya millisinin baş məşqçisi UEFA Millətlər Liqasındakı uğursuzluğa görə istefaya göndərilib
- UEFA Millətlər Liqası: Türkiyənin pley-off mərhələsindəki rəqibi bəlli oldu
- "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq
- UEFA Millətlər Liqası: Qrup mərhələsinin bombardiri kim oldu?
- Fernandu Santuş 10 ildən sonra Berti Foqtsun göstəricisini təkrarlayıb
Ən çox oxunanlar
Rəylər