Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Lando Norris “Formula-1”də ilk qələbəsini qazanıb
“MakLaren” komandasının pilotu Lando Norris karyerasında ilk dəfə “Formula-1” yarışının qalibi olub.
Məlumata görə, 110-cu yarışına çıxan britaniyalı pilot uğursuzluq seriyasını qırmağı bacarıb.
Təcrübəli pilot “Uilyams” komandasının sürücüsü Loqan Sarcentin qəzaya uğramasından və trekə təhlükəsizlik maşınının çıxmasından istifadə edərək liderliyi ələ keçirib. Norris finişdə Maks Ferstappen (“Red Bull”) və Şarl Lekleri (“Ferrari”) qabaqlayıb. “MakLaren” komandası 2021-ci ilin İtaliya Qran-prisindən bu yana ilk qələbəsinə sevinib.
Qeyd edək ki, bu uğur ”MakLaren” komandasının son 12 il ərzində 2-ci qələbəsi olub.
Mənbə: Skysports.com
Rəylər