Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İtaliya komandaları Avropa yarışlarından kənarlaşdırıla bilərlər - SƏBƏB
İtaliya komandaları beynəlxalq turnirlərdən kənarlaşdırıla, ölkənin özü isə AVRO-2032-ni təşkil etmək hüququndan məhrum edilə bilər .
Məlumata görə, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Bildirilib ki, UEFA və FIFA-nın belə cəzası, İtaliyanın sağçı partiyasının üzvü Corcio Mulenin futbolçulara inzibati qaydada şikayət etmək imkanı verən idman haqqında fərmanın qəbul edilməsi təklifi ilə bağlı ola bilər.
Bundan əlavə, həmin sənəd İtaliya liqalarına yerli futbol federasiyasında tam müstəqillik verəcək. A Seriyası İtaliya Futbol Federasiyasının (FIGC) ona birbaşa aidiyyəti olan qərarlarına münasibət bildirmək hüququna malik olacaq.
UEFA və FIFA hesab edirlər ki, belə bir fərmanın qəbulu ölkə hakimiyyətinin idmana müdaxiləsi deməkdir. Bu qurumların artıq İtaliya Futbol Federasiyasına məktub göndərdiyi və orada Mulenin futbol sistemi ilə bağlı təkliflərinin zərərli olduğunu qeyd etdiyi vurğulanır. UEFA və FIFA, həmçinin Mulenin düzəlişləri təsdiq olunarsa, İtaliya Futbol Federasiyasının fəaliyyətini dayandırmağa qədər tədbirlər görməyə məcbur olacaqlarını da bildiriblər.
Rəylər