Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb
Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq təlim-məşq toplanışındadır.
Oxu.Az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, idmançılarımız təlim-məşq toplanışı üçün Qazaxıstana yollanıblar. Çimkənd şəhərində təşkil olunan toplanışda məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artıracaqlar.
Qazaxıstan seçməsi ilə bu gün başlanan birgə təlim-məşqlər mayın 31-də yekunlaşacaq.
Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Rəylər