Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda futbol klubunun prezidenti SAXLANILDI
Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat katibi Mübariz Süleymanlının Oxu.Az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.
Anar Həsənov
Ən çox oxunanlar
Rəylər