Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uzun illər həbsdə yatan hindistanlı kişi 104 yaşında azadlığa çıxdı
Hindistanda unikal hadisə baş verib - həyatının üçdəbirindən çoxunu həbsxanada keçirən 104 yaşlı məhbus Rasikt Mondal azadlığa buraxılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə PTI agentliyi məlumat yayıb.
Mondal hələ 1988-ci ildə öz qardaşını öldürməkdə ittiham olunaraq azadlıqdan məhrum edilmişdi. Faciəyə qohumlar arasında torpaq mübahisəsi səbəb olub. Hökmün çıxarılmasından sonra Rasikt bir illik zaminə buraxılıb, lakin Hindistan məhkəmələri onun azadlığa buraxılması ilə bağlı müraciətlərini dəfələrlə rədd etdiyindən yenidən həbsxanaya qayıdıb.
"Həbsxanada neçə il keçirdiyimi xatırlamıram. Elə bil bu heç vaxt bitməyəcəkdi. Hətta məni buraya nə vaxt gətirdiklərini də xatırlamıram", - deyə uzunömürlü kişi öz hisslərini bölüşüb.
Qohumları və islah müəssisəsinin əməkdaşları Mondalın həqiqətən 104 yaşının olduğunu təsdiqləyiblər.
Yaşının çox olmasına baxmayaraq, Rasikt həyata marağını itirməyib.
"İndi ki azadam, özümü tamamilə həvəsimə - həyətdəki kiçik bağçada bitkilərə qulluq etməyə həsr edə bilərəm. Ailəm və nəvələrim üçün darıxmışam. Onlarla olmaq istəyirəm", - deyə o qeyd edib.
Rəylər