Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Usama bin Ladenin oğlunun Fransaya girişi qadağan edildi
Fransa hakimiyyəti "Əl-Qaidə" beynəlxalq terror təşkilatının keçmiş lideri Usama bin Ladenin oğlu Ömərin ölkəyə girişini rəsmən qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Bruno Retaillo "X" sosial şəbəkəsində məlumat verib.
Nazir qeyd edib ki, Ömər bin Laden indiyədək bir neçə il Fransanın şimalındakı Orn departamentində yaşayıb, Britaniya vətəndaşının əri olub. Lakin ötən il sosial şəbəkə hesablarında terrorizmi təbliğ edən şərhlər yazdıqdan sonra Fransa hakimiyyəti ona ölkəni tərk etmək əmri verilməsini tələb edib. Məhkəmə bu tələbin qanuniliyini təsdiq etdikdən sonra hakimiyyət onun Fransanı tərk etməsini təmin edib.
Retayo bildirib ki, Fransaya girişə inzibati qadağa bin Ladenin hər hansı səbəbdən ölkəyə qayıda bilməyəcəyini təmin edir.
Rəylər