Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ukrayna Kurskda möhkəmlənməklə bağlı MKİ ilə müzakirələr aparır
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Kursk vilayətinə hücumu çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin addımlarını müzakirə etmək üçün Kiyevlə əlaqə saxlayır.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen bildirib.
"Onlar müdafiə strukturları qurur və bizim müzakirələrimiz əsasında bu ərazini müəyyən müddətə saxlamaq niyyətindədirlər", - deyə Koen bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisini zəbt etmək niyyətində olmadığını düşündüyünü deyib.
Bundan əvvəl ABŞ-nin Milli Geoməkan Kəşfiyyat Agentliyinin direktoru, vitse-admiral Frenk Uitvort bildirmişdi ki, Ukrayna Kursk bölgəsinə hücum üçün ABŞ-nin təqdim etdiyi peyk görüntülərindən istifadə edə bilərdi.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda "MiQ-29"u məhv edib
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü
- Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanəsilli hərbçinin nəşi 2 ay sonra tapıldı
Rəylər