Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Üç Afrika ölkəsində ABŞ kəşfiyyat dronları yerləşdirilə bilər
ABŞ Atlantik okeanı sahillərində yerləşən bir neçə Afrika ölkəsində öz hərbi pilotsuz təyyarələrini yerləşdirmək imkanını nəzərdən keçirir.
Bu, “İslam dövləti” və “Əl-Qaidə” terror qruplaşmalarının regionda faəliyyətinin genişlənməsinin qarşısını almaq məqsədi daşıyır.
Bu barədə “Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, Vaşinqton Amerikanın silahsız kəşfiyyat təyyarələrinin Qana, Kot-D’İvuar və Benin aerodromlarından istifadə etməsinə icazə verəcək “ilkin danışıqlar” aparır.
Dronlar ABŞ-yə yaraqlıların hərəkətlərini izləmək və yerli hərbçilərə bununla bağlı məlumat ötürmək imkanı verəcək.
"Qana" teqi üzrə xəbərlər
- Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA
- AFFA-nın almaniyalı sabiq rəsmisi: “Bayer 04”ü məğlub etməyin yolları var” - MÜSAHİBƏ
- Türkiyəlı pilotlar dünyada bir ilki bacardılar - VİDEO
- 20-dən çox ölkənin QHT-ləri Cənubi Qafqaz regionunda ekoloji ədalətlə bağlı bəyanat yayıb - VİDEO
- Klopp: “Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq”
Rəylər