Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Uber" 290 milyon avro cərimələnib - SƏBƏB
"Uber" Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 290 milyon avro (324 milyon dollar, 550 milyon manat - red.) məbləğində cərimələnib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunur ki, şirkət avropalı sürücülərin şəxsi məlumatlarını lazımi mühafizə olmadan ABŞ-yə ötürdüyünə görə cərimələnib.
Məlumata görə, "Uber" qərarı yanlış və əsassız adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib.
Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı bildirib ki, iki ildən artıq davam edən məlumat ötürülməsi Avropa İttifaqının İstifadəçi məlumatlarının qorunmasına yönəlmiş texniki və təşkilati tədbirlər tələb edən Ümumi Məlumatların Qorunması Qaydasının ciddi şəkildə pozulmasıdır.
İş 170 fransız "Uber" sürücüsünün şikayətindən sonra başlanıb, lakin "Uber"in Avropadakı baş ofisi Niderlandda yerləşdiyi üçün cərimə Niderland hakimiyyəti tərəfindən verilib.
Rəylər