Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə güclü külək hava limanında problem yaradıb: Təyyarələr "havada qalıb"
Türkiyənin İstanbul, Ankara, Antalya şəhərlərində əlverişsiz hava şəraiti təyyarələrin hərəkətində problemlər yaradıb.
İstanbulda təsirli olan cənub-qərb küləyi və şiddətli yağış səbəbindən təyyarələr təxminən 2 saat ərzində Sabiha Gökçen hava limanına enə bilməyib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, təyyarələr havada fırlanmağa davam edib. Yanacağı bitməkdə olan "Pegasus", "AJet" və digər hava yollarına məxsus təyyarələr isə digər hava limanlarına təcili eniş etməli olub.
Həmçinin hava limanlarında uçuşlarda fasilələr yaranıb, bəzi reyslər ləğv edilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb
- Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ
- Türkiyədə insanabənzər robot tələbələrə dərs deməyə başladı: Nə qədər maaş alacaq?
- Türkiyə klubunun baş məşqçisinin ölümündə təqsirli bilinən 13 nəfər saxlanılıb
- Antalyada hoteldən 400 nəfər təxliyə edilib
Ən çox oxunanlar
Rəylər