Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp Qəzzada münaqişəni inaqurasiyadan əvvəl həll etmək niyyətindədir
ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inaqurasiyadan əvvəl Qəzza sektorunda münaqişənin həllinə nail olmaq istəyir.
Oxu.Az-ın məlumatına görə, bu barədə respublikaçı senator Lindsi Qrem "Axios" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp anklavda atəşkəs və girovların azad edilməsi barədə sazişin mümkün qədər tez, ideal halda Ağ Evə qayıtmazdan əvvəl bağlanmasını istəyir. "Tramp heç vaxt olmadığı qədər girovların azad edilməsinə nail olmaqda qərarlıdır və atəşkəs razılaşmasının girovlarla bağlı sazişi əhatə etməsini dəstəkləyir. O, bunun indi baş verməsini istəyir", - deyə senator vurğulayıb ki, Tramp qətllərin və döyüşlərin dayandırılmasını istəyir.
Qrem həmçinin ümid etdiyini bildirib ki, ABŞ-nin hazırkı administrasiyası Yaxın Şərqdə atəşkəs məsələsində Trampla əməkdaşlıq edəcək. "Ümid edirəm ki, prezident Tramp və (hazırkı ABŞ Prezidenti Co) Bayden administrasiyası keçid dövründə girovların azad edilməsi və atəşkəsə nail olmaq üçün birlikdə işləyəcəklər", - deyə o qeyd edib.
Seçki kampaniyası zamanı Tramp bəyan edib ki, qalib gələcəyi təqdirdə Yaxın Şərqdə xaosu dayandıra biləcək. Siyasətçi həmçinin qeyd edib ki, regionda bu cür eskalasiya Amerika administrasiyasına o rəhbərlik etsəydi, mümkün olmazdı.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ İrəvanı təlaşa salıb - "Kaspi"nin TƏHLİLİ
- İlon Mask və Donald Trampın birlikdə əyləndiyi video internetdə virus kimi yayıldı
- Tehran Vaşinqtonla barışığa gedir: İranın kurs dəyişikliyinin arxasında nə durur?
- Trampdan növbəti qərar: Meksikaya qoşun yeridəcək?
- Zukerberqlə Tramp arasında təkbətək görüş olub
Rəylər