Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şimali Koreyadan cənuba növbəti zibil şarları göndərildi
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) yenidən Koreya Respublikasının (Cənubi Koreya) ərazisinə içərisində məişət tullantıları olan hava şarları göndərib.
Bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayılıb.
Qeyd edək ki, KXDR mayın 28-dən iyunun 2-dək təxminən 3500 hava şarından istifadə edərək Cənubi Koreyaya 15 ton zibil atıb. Buna cavab olaraq Cənubi Koreyadan olan fəallar KXDR-ə içərisində Koreya serialları və K-pop musiqisi yazılmış fləş diskləri olan şarlar göndəriblər.
Mənbə: TASS
"Şimali Koreya" teqi üzrə xəbərlər
- Kim Çen In: "Heç vaxt bu qədər yüksək risk olmayıb"
- KİV: "Rusiyanın daxilinə "Storm Shadow" raketləri ilə ilk zərbə endirilib"
- Kim Çen Inın bacısı Koreya yarımadasında mümkün müharibə barədə xəbərdarlıq edib
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
Ən çox oxunanlar