Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Səudiyyə Ərəbistanında 4400 illik qədim şəhər aşkar edildi
Fransız arxeoloqlardan ibarət qrup Səudiyyə Ərəbistanının qərbindəki Xeybər oazisində 4400 illik ən-Natah adlı kiçik bir şəhər aşkar edib.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
Tədqiqatın nəticələri "PLOS One" elmi jurnalında dərc olunub.
Məlumata görə, alimlər mərkəzi rayonu və qoruyucu qalalarla əhatə olunmuş yaşayış massivini qazıb çıxarıblar. Yaşayış sahəsində çox sayda keramika və daş, həmçinin gildən hazırlandığı ehtimal olunan ən azı 50 yaşayış evinin qalıqları tapılıb.
Ən-Natahın mərkəzində iki bina var ki, inzibati tikili kimi istifadə edilmiş ola bilər. Bu yerin qərbində nekropol aşkar edilib. Pilləli qüllələrə bənzəyən hündür dairəvi qəbirlər qorunub saxlanılıb.
Xeybər oazisindəki şəhər eramızdan əvvəl 1500-1300-cü illər arasında naməlum səbəbdən tərk edilib.
Alimlərin sözlərinə görə, tapıntı onu göstərir ki, Ərəbistan yarımadasında urbanizasiya yavaş templə gedib. Həmin dövrdə Mesopotamiyada, Misirdə və Şərqi Aralıq dənizində daha böyük şəhərlər inkişaf edirdi, ən-Natahın əhalisi isə 500 nəfərdən çox olmayıb.
"Səudiyyə Ərəbistanı" teqi üzrə xəbərlər
- "Report" İA ilə Səudiyyə Ərəbistanının Dayanıqlılıq və İqlim üzrə Mərkəzi əməkdaşlığı genişləndirir
- Millidən vaxtından əvvəl göndərilən italyan məşqçi 78 milyon avro təzminat alacaq
- Səudiyyə Ərəbistanında ilk dəfə suyun altında nikah mərasimi keçirilib
- Roberto Mançini postundan kənarlaşdırılıb
- Bağdadda Səudiyyə Ərəbistanının xəbər agentliyinin yerləşdiyi binaya hücum olub
Rəylər