Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyanın Baş Qərargah rəisinin müavini RÜŞVƏT ALIB
Rusiyada həbs edilən general Vadim Şamarin, müstəntiqlərin fikrincə, Müdafiə Nazirliyi üçün məhsul alışını artırdığı üçün müəssisələrdən birinin rəhbərliyindən 36 milyon rubl (676 800 AZN) rüşvət alıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, Şamarin "Perm Telefon Zavodu Telta" ASC-nin baş direktoru Aleksey Vısokov və həmin şirkətin baş mühasibi Yelena Qrişinadan rüşvət alıb.
Mənbə: iz.ru
11:18
Rusiyanın Baş Rabitə İdarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisi Valeri Gerasimovun müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Şamarin 235-ci Qarnizon Hərbi Məhkəməsində baxılan dələduzluq cinayəti ilə bağlı axtarışa verilib. Axtarışın nəticələrinə əsasən, general dindirilmək üçün İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb.
2020-ci ildə Baş Qərargah rəisinin keçmiş müavini Xalil Arslanov silahlı qüvvələrə texnikanın verilməsi zamanı dələduzluqda və rüşvət almaqda ittiham olunaraq, həbs edilib.
Xatırladaq ki, bu yaxınlarda müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi general-leytenant Yuri Kuznetsov rüşvət almaqda ittiham olunaraq saxlanılıb və həbs ediliblər.
Mənbə: kommersant.ru
Rəylər