Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qərb ölkələri BMT-dən Ukrayna ilə bağlı təcili iclas tələb ediblər
Qərb ölkələri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasının keçirilməsini tələb ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski "Telegram" kanalında məlumat verib.
"TŞ-nin qərbli üzvləri avqustda Ukrayna məsələsini BMT TŞ-də qaldırmağa qərar veriblər", - daimi nümayəndənin müavini deyib.
Onun sözlərinə görə, onlar Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da - red.) görüş tələb ediblər.
Polyanski, həmçinin bildirib ki, Rusiya avqustun 30-da Ukraynaya Qərb silahlarının tədarükü ilə bağlı BMT TŞ-nin iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Onun sözlərinə görə, görüş zamanı Ukrayna böhranının Qərb üçün əlverişsiz olan digər aspektlərinə toxunulacaq.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Rusiya Silahlı Qüvvələri "İskəndər"lə Dnepr aerodromunda "MiQ-29"u məhv edib
- Medvedev: "Tramp Ukrayna münaqişəsinə son qoya bilər"
- Sadık Akyar: "Baydenin Ukrayna qərarı dünyanı müharibəyə sürükləyə bilər" - ÖZƏL
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanəsilli şəxs öldü
- Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanəsilli hərbçinin nəşi 2 ay sonra tapıldı
Rəylər