Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Peskov Moskvanın ABŞ səfirliyinin tam fəaliyyətinin bərpası ilə bağlı açıqlama verdi
"Moskvada ABŞ səfirliyinin işinin tam bərpası hələlik olmayacaq, çünki iki ölkə arasında münasibətlər hazırda yoxdur".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"ABŞ-nin Moskvadakı səfirliyi heç yerə qayıtmayıb və hələlik qayıtmayacaq, çünki de-fakto hazırda ikitərəfli münasibətlərimiz yoxdur", - deyə Kreml nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, 2021-ci ildə Vaşinqtonun elan etdiyi anti-Rusiya sanksiyalarına və Rusiya diplomatlarının növbəti qovulmasına cavab olaraq Moskva ABŞ-nin diplomatik nümayəndəliyinə Rusiya və üçüncü ölkə vətəndaşlarını işə götürməsinə məhdudiyyətlər qoyub.
Rusiya diplomatları dəfələrlə vurğulayıblar ki, Moskva və Vaşinqton arasında əlaqələr mütləq minimuma endirilib. İki dövlətin diplomatik nümayəndəliklərinin normal işinin bərpası məsələləri tərəflərin dialoqu qoruduğu az sayda istiqamətlərdən biri idi. Bununla belə, Rusiya XİN-in qeyd etdiyi kimi, Rusiya ABŞ-nin bu istiqamətdə irəliləyişə nail olmaq istəyini görmür. Bundan əlavə, Vaşinqton daim Rusiya diplomatlarına vizaların verilməsini süni şəkildə gecikdirir.
Rəylər