Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Parlamentlərarası İttifaqın baş katibi: "Gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutmalıyıq"
"Bu gün burada apardığımız müzakirələrə, yəni iqlim fəaliyyətinə sadiqik. Həmçinin, biz sizin gətirdiyiniz anlayışın dərinliyini qəbul edirik. Bununla yanaşı, biz iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və həllinə nail olmaq üçün parlamentin imkanlarını və fəaliyyətini gücləndirməyə çalışır, bunun üçün birlikdə işləyirik".
Oxu.Az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ildən Parlamentin səlahiyyətlərini artırmaq üçün güclərini birləşdiriblər:
"Bu gün yaşadığımız iqlim böhranı kontekstində həm ətraf mühiti, həm də gələcək nəsillərin rifahını qoruyan siyasi xətt tutmalıyıq".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- COP29 ölkəmizin adını bütün dünyaya duyurdu - "Kaspi"nin TƏHLİLİ
- Bu gündən bəzi məktəblərdə dərslər başlayıb
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
- Departament direktoru: "COP29-da müsbət qərarlar veriləcəyinə inanıram"
- COP29-un 12-ci günündə iştirakçılar təəssüratlarını bölüşdülər: Əsas gözləntilər nələrdir?
Rəylər