Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Namibiyanın baş naziri avtomobil qəzasına düşüb
Namibiyanın baş nazir Saara Kuuqongelva-Amadilanın rəsmi avtomobili ilə Seçki Komissiyasının avtomobili toqquşub. Nəticədə komissiyanın üç üzvü ağır yaralanıb.
Qəza bazar günü Otcivaronqodan təxminən 15 km aralıda baş verib.
Adları hələ açıqlanmayan 3 məmur Otcivaronqo Dövlət Xəstəxanasına aparılıb. Məlumata görə, baş nazir və onun sürücüsü toqquşma nəticəsində xəsarət almayıb.
Hökumət başçısının Namibiyanın hakim partiyasının 63-cü ildönümünü qeyd etdiyi bölgədən qayıtdığı bildirilib.
Mənbə: rossaprimavera.ru
"Namibiya" teqi üzrə xəbərlər
- Dünyada ən yüksək vəzifədə olan qadınlar - FOTO
- Namibiyada matəm elan edildi
- Namibiyanın vitse-prezidenti ölmüş dövlət başçısının yerinə keçdi - YENİLƏNİB + FOTO
- Azərbaycanda universal poçt rabitəsi xidmətləri üzrə tariflər təsdiq edilib - CƏDVƏL
- Azərbaycan 2024-cü il üçün prioritet XBİ istiqamətləri arasında ilk onluqdadır - FOTO
Ən çox oxunanlar
Rəylər