Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
Rusiyanın paytaxtı Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR-kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki,
Qeyd olunur ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.
Vəsiqədə QR-kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.
"Rusiyada miqrantlar" teqi üzrə xəbərlər
- Rusiyaya işləməyə gedən azərbaycanlıların NƏZƏRİNƏ: Ailə üzvləri ilə bağlı qadağalar gəlir
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
- Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Uşaqların məktəbdə oxuması üçün tələblər sərtləşdirilir
- Rusiyaya işləməyə gedən azərbaycanlıların nəzərinə: Patent məsələsində dəyişikliklər olacaq
- Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
Rəylər