Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Medvedev: "Bayden çox dəhşətli pis işlər görə bilər"
"Seçki yarışından geri çəkilən ABŞ lideri Co Bayden prezidentliyinin son altı ayında öz ətrafının diktəsi ilə istənilən dəhşətli pis işi görə bilər. Onun varisi çoxsaylı problemlərlə məşğul olacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, dünyada vəziyyətin mümkün qədər gərginləşməsinə görə Qərbi günahlandırıb. "Təəssüf ki, biz qlobal fəlakətə daha bir addım yaxınlaşdıq. Bunun səbəbi Qərbin tam məsuliyyətsizliyi, bəşəriyyətin taleyinə mütləq biganəliyidir", - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib.
"Dmitri Medvedev" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər