Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Jozep Borrel: "Ukraynadakı münaqişə 15 günə bitəcəkdi"
"Qərb Kiyevi dəstəkləməsəydi, Ukraynadakı münaqişə 15 günə bitəcəkdi".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel İspaniyanın "20 Minutos" qəzetinə müsahibəsində deyib.
Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, bir çox insan qarşıdurmanın tezliklə bitməsini istəyir.
Borrelin sözlərinə görə, Qərb Ukraynaya dəstəyi dayandırsa, münaqişə 15 günə bitəcək, Rusiya Prezidenti Vladimir Putin isə öz məqsədlərinə çatacaq.
"Ancaq biz bunu ukraynalıların və özümüzün - avropalıların təhlükəsizliyi üçün istəyirikmi?", - deyə diplomat vurğulayıb.
"Jozep Borrel" teqi üzrə xəbərlər
- Britaniya Netanyahu və Qalantı həbs edə bilər
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
Rəylər