Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsveç İranı qisas məqsədli kiberhücumda ittiham etdi
İsveç prokurorları İranın kəşfiyyat xidmətlərini 2023-cü ildə insanları Quranı yandıran etirazçılardan qisas almağa çağıran mesajlar göndərmək üçün SMS operatorunu "sındırmaq"da ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə AFP yazır.
Bildirilib ki, 2023-cü ilin yayında müqəddəs kitabın yandırılması ilə bağlı bir sıra etiraz aksiyalarından sonra yerli sakinlərə "Quran yandıranlardan qisas almağa" çağıran 15 minə yaxın mesaj göndərilib.
Məqsəd İsveç cəmiyyətində parçalanma yaratmaq olub.
İsveç kəşfiyyat xidməti "Sapo", ayrı bir bəyanatda, haker qrupunun təsir kampaniyası aparmaq üçün İran İnqilabı Keşikçiləri Korpusu adından hərəkət etdiyini müəyyənləşdirdiyini bildirib.
"Sapo"nun əməliyyatlar üzrə rəhbəri Fredrik Hallström hesab edir ki, məqsəd İsveçin "islamofob ölkə" imicini yaratmaq olub.
İran rəsmiləri artıq bu ittihamları rədd ediblər.
Rəylər