Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən qəddarlıqla döyüldülər
İranda yeniyetmə qızlar hicaba görə polislər tərəfindən şiddətə məruz qalıblar.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, hadisə Tehranın şimali Vətənpur küçəsində baş verib.
Baş verənlər küçədəki nəzarət kameraları tərəfindən qeydə alınıb. Kadrlarda 14 yaşlarında olan iki qızın hicaba görə əxlaq polisləri tərəfindən qəddarlıqla döyülməsi və maşına mindirilməsi əks olunub.
Qızlardan birinin anası Məryəm Abbasinin sözlərinə görə, həbs olunarkən qızının başı elektrik dirəyinə çırpılıb, həmçinin polis maşınına mindiriləndə orada zorakılığa məruz qalıb.
"İranda məcburi hicab" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər