Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran BAEA-ya 6000 uran zənginləşdirmə sentrifuqası qurmaq planı barədə məlumat verib
İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) Fordo və Nətənz nüvə obyektlərində zənginləşdirilmiş uran istehsalı üçün təxminən 6000 yeni sentrifuqa quraşdırmaq planı barədə məlumat verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" BAEA-nın hesabatına istinadən məlumat yayıb.
Sənədə əsasən, Tehran təşkilata bu sentrifuqalarda uranı 5%-ə qədər zənginləşdirmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər qrupu arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planında (BHFP) nəzərdə tutulan uranın maksimal zənginləşdirmə səviyyəsi 3.67% təşkil edir.
Noyabrın 21-də BAEA-nın İdarəetmə Şurası İranı kifayət qədər əməkdaşlıq etməməkdə tənqid edən qətnamə qəbul edib. Sənədə əsasən, BAEA 2025-ci ilin yazına qədər İranın nüvə proqramı üzrə ətraflı hesabat hazırlamalıdır.
Cavab olaraq İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami zənginləşdirilmiş uran istehsalı üçün bir neçə min qabaqcıl qaz sentrifuqasının işə salındığını bildirib.
"Beynəlxalq Atom Enerjisi Agentliyi" teqi üzrə xəbərlər
- BAEA İranın nüvə proqramına qarşı qətnamə qəbul edib
- İran uranın zənginləşdirilməsini dayandıracaq?
- İran Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa edə bilər: Şərt açıqlandı
- Beynəlxalq Atom Enerjisi Agentliyi İranın zənginləşdirilmiş uran ehtiyatından narahatdır
- Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rusiyaya gəlib
Rəylər