Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Həkim soyuqdəymə haqqında geniş yayılmış mifi dağıdıb
"Toyuq şorbasının qəbulu soyuqdəymə zamanı kömək etmir".
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyalı terapevt Aleksandr Myasnikov bildirib.
"Mən 1970-ci illərdə aparılmış köhnə bir araşdırma görmüşdüm, orada toyuq şorbasının təsirini antiviral dərmanlarla müqayisə edirdilər: deyirdilər ki, şorba dərmanlardan pis işləmir. Başqa məsələ odur ki, o illərdə antiviral dərmanlar ümumiyyətlə təsir etmirdi" , - deyə Myasnikov izah edib.
Həkim vurğulayıb ki, şorba soyuqdəyməni müalicə etməsə də, onu daha yaxşı keçirməyə kömək edir.
"Bütün bunlar sadəcə subyektiv olaraq sizə daha yüngül hiss etdirir ki, xəstəliyi daha asan keçirasınız" , - deyə həkim yekunlaşıb.
Rəylər