Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gənc türkiyəli yarımmüdafiəçi “Hall Siti”də
“Trabzonspor”un 24 yaşlı futbolçusu Abdulkadir Ömür İngiltərənin “Hall Siti” klubuna keçib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Yarımmüdafiəçi 3,5 illik müqavilə imzalanıb.
Türkiyə mətbuatı isə yazır ki, türkiyəli məşhur aparıcı Acun İlıcalının rəhbəri olduğu “Hall Siti” bu transferə görə “Trabzonspor”a 6 milyon avro pul ödəyəcək.
Öz növbəsində “Hall Siti”nin baş məşqçi Liam Rosenior türkiyəli futbolçu barədə yüksək fikir səsləndirib:
“Abdulkadir ilk dəfə Antalyada “Trabzonspor”la yoldaşlıq görüşündə qarşılaşdım və onun nə qədər yaxşı futbolçu olduğunu dərhal anladıq. Nəhayət yaxşı keyfiyyətlərə malik bu futbolçunu komandamıza qatmaq üçün fürsət yarandı. Azarkeşlərimiz onun oyununu izləməkdən zövq alacaqlar. O qapıya yol tapmağı, qol epizodları yaratmağı və qol vurmağı bacaran futbolçudur”.
Qeyd edək ki, Abdulkadir Ömür peşəkar karyerasını “Trabzonspor”da başlayıb. Solaxay oyunçu Türkiyə milli komandasının heyətində 12 dəfə meydana çıxıb.
Mənbə: Wearehullcity.co.uk
"Acun İlıcalı" teqi üzrə xəbərlər
- Serdar Ortaç və Mehmet Ali Erbildən sonra Acun Ilıcalı da istintaqa cəlb olundu
- Acun Ilıcalı Joze Mourinyonun "Fənərbağça" ilə bağlı açıqlamasından sonra baş məşqçiyə qəzəblənib
- Acun Ilıcalı "Qalatasaray" klubunun rəsmilərini topa tutdu
- Acun İlıcalı dördüncü dəfə evləndi: Toydan ilk görüntülər
- Acun İlıcalının "Hall Siti" klubu "Bayer Leverkuzen"in futbolçusunu transfer edib
Rəylər